Livan parlamentinin binasında elektrik enerjisi verilməsində yaranmış fasiləyə görə hökumətin təsdiqlənməsi təxirə salınıb.
Bizim.Media xəbər verir ki, məlumatı "Newsru.co” yayıb.
Bildirilib ki, sentyabrın 20-də Baş nazir Nəcib Mikati parlament Nazirlər Kabinetinin proqramını təqdim etməli imiş. Bunun ardınca deputatlar yeni hökumətə etimad göstərməli imişlər.
Yerli vaxtla səhər saat 11-də başlayan iclas parlamentin binasına elektrik enerjisinin verilməsində yaranan fasiləyə görə dayandırılıb. Livanda əhali elektrik enerjisindən əziyyət çəkir. Onlarla həmrəy olmaq üçün binanın işığı söndürülüb.
Nəcib Mikati bildirib:
“Beyrutun ürəyində bizi əhatə edən qaranlıqda şam yandırmaqla əziyyət çəkən insanların ümidlərinə işıq saçmalıyıq”.
Müxalifət təmsilçisinin sözlərinə görə, elektrik enerjisinin kəsilməsi Livan dövlətinin kollapsına əyani sübutdur.
Bizim.Media