Rusiyada Dövlət dumasına keçirilən seçkilərdə Vahid Rusiya partiyası 49,82% səs toplayıb.
Bizim.Media “mk.ru”ya istinadən xəbər verir ki, bu haqda informasiyanı Rusiya Mərkəzi Seçki Komissiyası yayıb.
Mənbə bildirir ki, protokolların artıq 99 faizi sayılıb.
İlkin məlumatlara görə, Rusiya Kommunist Partiyası 19.00, Liberal Demokrat Partiyası 7.49, "Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət uğrunda" 7.42 faiz səs toplayıb.
Həmçinin, hazırda "Yeni İnsanlar" (5,35%) partiyası da parlamentə daxil olur. Birmandatlı seçki dairələrində protokolların 99% -i işlənildikdən sonra Vahid Rusiya partiyası 199 seçki dairəsində liderdir.
Rusiya Kommunist Partiyası 9, Ədalətli Rusiya 8 yer alıb. Liberal Demokrat Partiyası, Rosta Partiyası, Vətəndaş Platforması və “Rodina” birmandatlı seçki dairələrində hərəyə bir yer əldə edib.
Eyni zamanda, Dumaya beş sərbəst namizəd də daxil olub.
Bizim.Media