Dumaya seçkilərdə Vahid Rusiya Partiyası liderdir

Dumaya seçkilərdə Vahid Rusiya Partiyası liderdir

Hazırda oxunan: Dumaya seçkilərdə Vahid Rusiya Partiyası liderdir

0:00
0:00
37721

Rusiyanın Mərkəzi Seçki Komissiyasının protokolların 60,06 %-ini hesabalamasından sonra Vahid Rusiya Partiyası Dövlət Dumasına seçkilərdə federal dairə üzrə 47,16 %-lə liderliyini saxlayır.

Bu barədə Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, siyahıda ikinci yerdə 20,89 %-lə Rusiya Federasiyası Kommunist Partiyası, üçüncü yerdə 7,9 %-lə Rusiya Liberal Demokrat Partiyası qərarlaşıb.

İlkin məlumata görə, seçki siyahısındakı liderlərin ilk beşliyinə, 7,54 %-lə Ədalətli Rusiya Partiyası da düşüb, onu 5,77 % ilə "Yeni insanlar" izləyir.

Beləliklə, Dumaya 5 %-lik baryer aşan beş partiya keçir.

Qeyd edək ki, VIII çağırış Dövlət Dumasına üçgünlük seçkilər dünən yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 21:00-da-red) başa çatıb. İlkin rəsmi nəticələrdə də bildirilib ki, seçkilərdə Vahid Rusiya Partiyası lider olub.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçici fəallığı 45 %-i ötüb.

Bugünlərdə Rusiyada həm də bələdiyyə seçkiləri keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO