Dəniz ilanları insanlara cinsi təcavüz edir – BUNUN ELMİ İZAHI VAR

Dəniz ilanları insanlara cinsi təcavüz edir – BUNUN ELMİ İZAHI VAR

Hazırda oxunan: Dəniz ilanları insanlara cinsi təcavüz edir – BUNUN ELMİ İZAHI VAR

37629

Hələ 1990-cı illərdə avstraliyalı okeanşünas Tim Linç dəniz ilanlarının qəribə davranışlarını izah etməyə çalışsa da, heç bir nəticəsi olmayıb. Və yalnız koronavirus pandemiyası bu araşdırmanın yenidən elm adamlarını maraqlandırmasına kömək edib. Hər şeyin sadə olduğu ortaya çıxıb. İnsanların "hücum" dedikləri cinsi təcavüzdən başqa bir şey deyil.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “inosmi.ru” saytı Misirin “Sasapost” nəşrinə istinadən yayıb.

1990-cı illərdə avstraliyalı okeanşünas Tim Linç Avstraliyada okean dibinə enib.  O, həmin an zəhərli zeytun dəniz ilanının yaxınlaşdığını görüb. İlan onun ayaqlarının ətrafında fırlanıb və yuxarıya doğru irəliləməyə başlayıb. Linç 158 dəfə belə oxşar vəziyyətə düşüb.
 

Buna əsaslanaraq belə nəticəyə gəlmək olar ki, dəniz ilanı hücum etmək istəməyib, sadəcə insana cinsi təcavüz edib.


İnsanlar zəhərli olub-olmamasından asılı olmayaraq ilanlardan qorxurlar. Bir çox ilan növü onlara heç bir şəkildə zərər verməsə də, insanlar hələ də onlardan qorxurlar. 

Bir ilanın insana hücum etdiyini eşidəndə məqsədinin öldürmək olduğunu düşünürük. Ancaq "cinsi təcavüz" haqqında danışmaq müvafiq elmi araşdırmanın nəşrindən sonra qlobal elmi və mədəni ictimaiyyətdə ajiotaj yaradan xəbərdir.

Elm ilanlarla insanlar arasındakı əlaqə haqqında nə deyir?

Demək olar ki, hər kəs ilandan qorxur və ya onu bəyənmir. Əksər insanlar ilanı öldürə biləcək zəhərli bir canlı kimi görür. Beləliklə, ilan görəndə yaranan ilk hiss "vur və ya qaç" reaksiyasıdır. Başqa sözlə, bir insan ya ilandan qaçmağa çalışacaq, ya da "ya sən, ya da səni" qaydasını rəhbər tutaraq əvvəlcə ona hücum edəcək.

Bir çox elm adamı və tədqiqatçı insanların ilanlar haqqında düşüncələrini dəyişdirməyə çalışır. İlanlar yalnız özlərini müdafiə edən zaman insanlara hücum edirlər, təhlükə hiss etmədikləri təqdirdə isə ilk hücum etmirlər. 
 

Corciya Dövlət Universitetinin tədqiqatçısı Uayt Gibson müxtəlif növ zəhərli və zəhərli olmayan ilanlar üzərində təcrübə keçirib. Hamısı insanla toqquşanda eyni reaksiyanı verərək qaçmağa çalışıblar.


Təcrübə zamanı ilanın həmişə qaçmaq imkanı olub: divardakı bir dəlik və ya qabdakı su. Uayt Gibson ilanların insanın yaxınlığında olmaq istəmədiyi qənaətinə gəlib, çünki onun yanında özlərini təhlükədə hiss edirlər.

İlanların evlərə girdiyini və yataqda yatan insanlara hücum etdiyini tez-tez eşidirik. Mütəxəssislər hesab edirlər ki, bu, yalnız qida çatışmazlığı və ya cinsi narazılıq hissi kimi təbii şəraitin dəyişməsi ilə əlaqəli müstəsna hallarda baş verir. İlanlar insanları yırtıcı və ya cütləşən ortağı kimi səhv salırlar.

Dəniz ilanlarına gəldikdə, əksəriyyəti son dərəcə zəhərlidir. Həmişə təhdid hiss etdikdə hücum edirlər. Mərcan qayalarının olduğu dənizin və ya okeanın dibinə dalmısınızsa və bir ilan görsəniz, vahiməyə düşməməlisiniz. 

Bir ilan sizə yaxınlaşırsa, ona hücum etməyin və üzməyin, çünki dəniz ilanları insanlardan daha sürətli üzür. Çox güman ki, sonda ilan səni tutacaq və ölümcül dişləyəcək.

Zeytun dəniz ilanı insanla dost olmaq və ya cütləşmək istəyir?

Tim Linç 1995-ci ildə tədqiqatını tamamlayıb. Dəniz ilanlarının qəribə davranışları dünyada koronavirus pandemiyasının başladığı 2020-ci ilə qədər, demək olar ki, bütün ölkələri bu ölümcül virusun qarşısını almağa məcbur edən bir sirr olaraq qalıb. Bu dövrdə bir çox insan yeni bir şey kəşf etmək və ya öyrənmək üçün özünə vaxt ayırıb.
 

Beləliklə, dəniz bioloqu və Avstraliyanın Macquarie Universitetinin professoru Riçard Şane Tim Linçin unudulmuş araşdırmasını incələmək qərarına gəlib.


Tim Linçin araşdırmalarına müraciət etsək, zeytun dəniz ilanı ilə təmasın çox hissəsi may ayından sentyabradək cütləşmə mövsümünə təsadüf etdiyini görə bilərik.

İlanların çoxu isə məhz dişi deyil, erkəkdir. Cütləşmə mövsümündə erkək ilanlar Linçdə olduğu kimi, onun ətrafına dolanaraq sanki dişi ilanlara özlərini göstərirlər.

Niyə dəniz ilanları insanlara cinsi təcavüz edir?

Okean heyrətamiz canlılarla doludur. Niyə heç kim digər orqanizmlər tərəfindən cinsi təcavüz hadisələrini izləmir? Tədqiqat bu suala belə cavab verir:

Birincisi, zeytun dəniz ilanının yaxşı görmə qabiliyyəti yoxdur, ümumiyyətlə bir çox dəniz canlılarının su altında görmə qabiliyyəti zəifdir.

İkincisi, zeytun dəniz ilanı altı fut və ya 180 santimetr uzunluğundadır. Bir çox dəniz canlısı ortalama insan qədər uzun deyil.

Üçüncüsü, kişi ilanlar dişilərə çatmaqda çətinlik çəkirlər, bu da onlarda cinsi doymazlıq sindromu yaradır. Buna görə də cütləşmə fürsətini qaçırmamaq üçün dişi ilana bənzəyən ilk uzun məxluqu əlindən buraxmaq istəmir. 

Yuxarıda göstərilənlərin hamısını nəzərə alaraq, zeytun dəniz ilanı cütləşmə mövsümündə özünə sevgili axtarır. Bu dəniz canlıları su altında yaxşı görmürlər, buna görə də cütləşmə mövsümündə dalğıclara hücum edərək onları dişilərlə səhv salırlar.

Nəticədə, ilanlar dalğıclara hücum etmək üçün deyil, cütləşmək üçün yaxınlaşırlar. İnsan dili ilə desək, bu, cinsi təcavüzdür.

Qeyd edək ki, bu, insanın digər canlılar üçün cinsi cəlbediciliyinə dair hipotezlərin irəli sürüldüyü ilk araşdırma deyil. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO