Koronavirus kanalizasiya suları ilə yayıla bilər - ALİMLƏRDƏN ŞOK AÇIQLAMA

Koronavirus kanalizasiya suları ilə yayıla bilər - ALİMLƏRDƏN ŞOK AÇIQLAMA

Hazırda oxunan: Koronavirus kanalizasiya suları ilə yayıla bilər - ALİMLƏRDƏN ŞOK AÇIQLAMA

37497

Alimlər koronavirusun təkcə hava-damcı yolu ilə yox, fekal-oral yolla da yayıldığını istisna etmir.

Buna görə də şəhər kanalizaisyasının virusun yayılmasında rolunu araşdırıblar.

Bizim.Media xəbər verir ki, Stirlinq Universitetinin ekoloji bioloqlarının yeni elmi araşdırması bunu sübut edib.

"Yeni koronavirusun insan nəcisində bir ay qalıb yaşaya bilməsi barədə artıq sübutlar var. Xəstədə virusun bütün əlamətləri itsə də, o sağalsa da nəcisində virus qalır.

Bu vəziyyət mövcud təhlükəni daha da artırır - deyə professor Riçard Kyulliam bildirir.

Bioloqlar virusun kanalizasiya sularında uzun müddət qala bilməsi faktını SARS Cov 1 virusu nümunəsində açıqlayıblar. Bu virus yeni növ koronavirusun yaxın qohumu hesab edilir və onun qalıqlarına Çin xəstəxanalarının kanalizasiya sistemində 2 həftə və daha çox rast gəlinib.

Virusun kanalizasiya sularında olması,onun atmosferə düşüb, aerozol vəziyyətində yoluxdurucu olması riskini artırır.

Bu hal kanalizasiyadan suların çəkilməsi, təmizləmə işləri və ya suların harasa axıb tökülməsi zamanı havaya sıçraması nəticəsində ola bilər.

Daha çox kanalizasiya və nasos stansiyalarının işçiləri və həmin ərazidə yaşayan sakinlər virusa havada olan su-damcı yolu ilə koronaivirusa yoluxa bilərlər. (medicina)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO