Rusiyada seçkilər BAŞLADI – 3 gün davam edəcək 

Rusiyada seçkilər BAŞLADI – 3 gün davam edəcək 

Hazırda oxunan: Rusiyada seçkilər BAŞLADI – 3 gün davam edəcək 

37379

Səkkizinci çağırış Rusiya Dövlət Dumasına seçkilər başlayıb. 

Bizim.Media xəbər verir ki, “Birlikdə seçirik” şüarı altında keçirilən parlament seçkiləri üç gün davam edəcək. 

Paralel olaraq Rusiya subyektlərinin regional və yerli orqanlarına da seçkilər keçirilir. Gizli səsvermə yolu ilə keçirilən seçkiləri Mərkəzi Seçki Komissiyası təşkil edir. 

Qeyd edək ki, Rusiya parlamentinin aşağı palatasına 450 deputat 5 il müddətinə seçiləcək. Mərkəzi Seçki Komissiyasında seçkilərdə iştirak etmək üçün 14 siyasi partiyadan 3910 namizəd irəli sürülüb. Dövlət Dumasında təmsil olunmaq üçün partiyalar seçicilərin 5 və daha artıq səslərini toplamalıdırlar.  

Seçkilər sentyabrın 19-da Moskva vaxtı ilə saat 20:00-da başa çatacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO