Bu ölkə vaksin sertifikatını məcburi etdi - AVROPADA İLK 

Bu ölkə vaksin sertifikatını məcburi etdi - AVROPADA İLK 

Hazırda oxunan: Bu ölkə vaksin sertifikatını məcburi etdi - AVROPADA İLK 

37350

İtaliya “Yaşıl keçid kartı”nın (“Green pass” və ya vaksin sertifikatı) bütün işçilərdən tələb olunmasını tətbiq edən ilk Avropa ölkəsidir. 

Bizim.Media xəbər verir ki, İtaliya hökuməti peyvənd sertifikatını həm dövlət, həm də özəl sektor üçün məcburi edən qanunu təsdiqləyib.

Senatın üzvləri səs çoxluğu ilə qanunu qəbul edib (189-u qanunu dəstəkləyib, 32-si əleyhinə və ikisi bitərəf qalıb). Yeni qaydalar oktyabrın 15-dən tətbiq olunacaq və ilin sonuna qədər qüvvədə qalacaq. 

Belə ki, bütün işçilərdən COVID-19 əleyhinə peyvənd edildiklərini, infeksiyadan sağaldıqlarını və ya virusla bağlı testin nəticəsi mənfi olan sənəd tələb olunacaq.

Bu qaydalar yalnız təqaüdçülərə və işsiz vətəndaşlara şamil edilməyəcək. Peyvənd sertifikatını təqdim etməyən işçilər beş gün ərzində işdən ödənişsiz olaraq uzaqlaşdırılacaq, lakin işdən çıxarılmayacaqlar. Peyvənd olunmayanlar, həmçinin 1500 avroya qədər cərimələnə bilərlər. 
Xatırladaq ki, İtaliyada sentyabrın 1-dən etibarən “Green pass” nəqliyyat və təhsil sahələrini də əhatə edib.

Daha əvvəl muzeylər, kinoteatrlar, idman zalları, restoranlar və barlar kimi müxtəlif mədəniyyət və əyləncə məkanlarında vaksin sertifikatı tələb edilirdi. 
 

“Green pass” insanların peyvənd edildiyini, COVID-19-a qarşı testin nəticəsinin mənfi olduğunu və ya virusdan sağaldığını göstərir və 12 yaşdan kiçik uşaqlara şamil edilmir.


Qaydalara əməl etməyən məkanların və müştərilərin 400-1000 avro arasında cərimə olunacağı, qaydaları təkrar pozan iş yerlərinin 10 günədək bağlanma riski ilə üzləşəcəyi bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO