İranda 10 il həbs cəzası kəsilən Avstraliyanın Melbourne Universitetinin politoloqu Doktor Kylie Moore-Gilbert azadlığa buraxılıb.
Doktor Kylie Moore-Gilberti İran höküməti kəşfiyyatçı olmasından şübhələndiyi üçün iki il öncə həbs etmişdir.
Bizim.Media xəbər verir ki, Doktor Kylie Moore-Gilbert azadlığa buraxılması ilə bağlı xəbəri Avstraliya Xarici İşlər Naziri Marise Payne ictimaiyyətə açıqlayıb.
O bildirib ki, xanım siyasətçinin həbsdən azad olması ilə bağlı İran İslam Respublikası ilə danışıqlar aparılıb. Müzakirələrdən sonra Melbourne Universitetinin politoloqu Doktor Kylie Moore-Gilbert azadlığa buraxılıb.
Nazir onu da əlavə edib ki, siyasətçi müəllim Avstraliyaya geri dönəcək.
Doktor Kylie Moore-Gilbert ailəsi qızının azadlığa buraxılmasına görə şad olduqlarını və Avstraliya rəhbərliyinə təşəkkürünü bildirib.
Xatırladaq ki, avstraliyalı akademik Dr. Kylie Moore-Gilbert, 2018-ci ildə Tehranda elmi konfransa qatılmışdır. Onun kəşfiyyatçı olduğundan şübhələnən İran İslam Respublikası barəsində 10 il cəza kəsmişdir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:37 / 28.11.2020
İranda həbs olunan kəşfiyyatçı xanım azadlıqdadır!
Hazırda oxunan: İranda həbs olunan kəşfiyyatçı xanım azadlıqdadır!
Hazırda oxunan: İranda həbs olunan kəşfiyyatçı xanım azadlıqdadır!
3734
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.