Nur-Sultanda XVII Avrasiya Media Forumu başladı – Azərbaycan da qatılıb

Nur-Sultanda XVII Avrasiya Media Forumu başladı – Azərbaycan da qatılıb

Hazırda oxunan: Nur-Sultanda XVII Avrasiya Media Forumu başladı – Azərbaycan da qatılıb

37124

Sentyabrın 15-də Qazaxıstanın paytaxtı Nur-Sultanda “2021: Dünya yeni mənalar axtarışında” mövzusunda XVII Avrasiya Media Forumu başlayıb.

Bizim.Media xəbər verir ki, onlayn formatda keçirilən forum dünya və yerli mətbuat nümayəndələrini, beynəlxalq ekspertləri, siyasətçiləri, elm adamlarını, ictimai və mədəniyyət xadimlərini bir araya gətirib.
 

MÖVZU İLƏ BAĞLI:

XVII Avrasiya Media Forumu onlayn formatda keçiriləcək


Bu il forumda Azərbaycanı Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Kütləvi informasiya vasitələri ilə iş sektorunun baş məsləhətçisi Kamran Həsənov, Rəqəmsal media ilə iş sektorunun baş məsləhətçisi Orxan Səttərov təmsil edirlər.

Birillik fasilədən sonra keçirilən Avrasiya Media Forumun proqramının ilk günü dünyanın aparıcı mütəxəssislərinin praktiki ustad dərslərinə həsr olunub.

Tədbir çərçivəsində “Türkdilli ölkələrin kütləvi informasiya vasitələri. Yeni reallıqda əməkdaşlığın inkişafı” adlı dəyirmi masa təşkil edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO