Financal Times: “Putinin özünütəcrid açıqlamasının arxasında nə durur?” - VİDEO

Financal Times: “Putinin özünütəcrid açıqlamasının arxasında nə durur?” - VİDEO

Hazırda oxunan: Financal Times: “Putinin özünütəcrid açıqlamasının arxasında nə durur?” - VİDEO

37065

Məşhur “Financal Times” dərcisi Putinin özünütəcridi ilə bağlı fərqli məqamların olduğunu irəli sürüb.

Mətbuat orqanı Rusiyanın dövlət rəsmilərinin və eləcə də Putinin öz açıqlamalarında müəyyən ziddiyətli məqamların olmasına diqqət çəkib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin burnunun necə qırıldığından danışdı - VİDEO


Xatırladaq ki, Putin çərşənbə axşamı günü Nazirlər Kabinetinin iclasında "ən yaxın ətrafındakı" bir neçə adamın xəstələndiyini və bütün gününü onlardan biri ilə keçirdiyini açıqlayıb. 

Nəşr yazır ki, lakin Kremldən gələn açıqlama məsələ ilə bağlı bir sıra təzadlı məqamların meydana çıxmasına səbəb olub. Belə ki, Kremlin mətbuat katibi Dimitri Peskov ölkə liderinin tamamilə sağlam olduğunu bildirsə də Putinin yaxınlığındakı adamlardan kimlərin koronavirusa yoluxduğunu və Rusiya liderinin hansı müddətə özünü təcrid etdiyini ictimaiyyətə açıqlamayıb.

RF prezidentinin virusa yoluxması əslində əksər qərb mətbuatı tərəfindən şübhə ilə qarşılanıb. Çünki virusdan qorunmaq üçün bütün tədbirlərə böyük önəm verən Rusiya liderinin birdən-birə COVİD-ə yaxalanması heç də inandırıcı görünməyib.

Yazı müəllifi onu da qeyd edir ki, digər maraq doğuran məqam isə, önəmli siyasi hadisələrin planlaşdırıldığı bir vaxtda Rusiya liderinin özünütəcrid açıqlamasını verməsidir.


Belə ki, cümə günü Rusiyada parlament seçkilərinin keçirilməsi nəzərdə tutulub.

Həm də bu açıqlama Putinin Tacikistanda Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsini müzakirə edəcəkləri Çin və Orta Asiya rəsmiləri ilə regional təhlükəsizlik görüşlərini buraxacağı anlamına gəlir. 

Qeyd edək ki, Çin lideri Si Tszinpin də Kreml rəsmisindən bir gün əvvəl görüşlərdə iştirak etməyəcəyini deyib.

Amma buna qədər Putin Belarusla hərbi təlimlərə baş çəkib, Suriya prezidenti Bəşər Əsədlə müzakirələr aparıb və Kremldə Rusiya Paralimpiya komandası ilə görüşünü böyük əhval-ruhiyyədə keçirib. 
 

Putinin həmin gün qatıldığı tədbirlərin əksəriyyəti qapalı şəraitdə keçirilsə də, görüntülərdə iştirakçıların maska ​​taxdıqlarına və sosial məsafə qaydalarına riayət etdiklərinə dair heç bir sübut öz əksini tapmayıb.


Bundan əlavə, “Financal Times” Rusiyanın hədəflədiyi peyvəndləmə göstəricilərinə nail olmaması məsələsinə toxunaraq, ölkədə pandemiyanın ağır fəsadlarla yaşandığını qeyd edib. 

Murad Əhmədov, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO