Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” ölkənin müvəqqəti hökumətinin rəhbəri olan molla Məhəmməd Həsən Axundun ilk rəsmi şəklini yayımlayıb.
Bizim.Media xəbər verir ki, foto hərəkatın Qətər ofisinin mətbuat katibi Məhəmməd Nəimin “Twitter” səhifəsində dərc olunub.
Paylaşımda “Cənab molla Məhəmməd Həsən Axund, Əfqanıstan İslam Əmirliyinin baş naziri prezident sarayında”, - qeyd edilib.
Xatırladaq ki, bugünədək dünya KİV-də yalnız onun köhnə fotolarından istifadə edilib.
السيد الملا محمد حسن آخند رئيس وزراء إمارة أفغانستان الإسلامية. في القصر الرئاسي. pic.twitter.com/u1SrytA8mA
— Dr.M.Naeem (@IeaOffice) September 12, 2021
Bizim.Media