Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra edamlara ara verməyən Talibanın qurbanı bu dəfə hərbçi olub.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, taliblər təslim olan hərbçinin başını kəsdikdən sonra “zəfər”lərini bayram etməyə başlayıblar.
Talibana yaxın mənbələr hadisənin Pənçşirdə baş verdiyini bildiriblər. Görüntülərdə isə yol kənarında süründürülən əsgərə dəfələrlə atəş açıldığını görmək mümkündür.
Həmin tükürpədici anları sizə təqdim edirik:
Bizim.Media