Ermənistanda ordudakı intiharlara görə NAZİRLİK NARAHATDIR

Ermənistanda ordudakı intiharlara görə NAZİRLİK NARAHATDIR

Hazırda oxunan: Ermənistanda ordudakı intiharlara görə NAZİRLİK NARAHATDIR

36440

Ermənistanın Müdafiə Nazirliyinin rəhbərliyi orduda intiharların artmasını müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ermənistan mətbuatında yazılıb.

Qeyd edilir ki, bununla bağlı keçirilmiş müşavirənin iştirakçıları silahlı qüvvələrdə intihar hadisələrinin qarşısının alınmasına yönəldilmiş bir sıra təkliflər irəli sürüblər.

Ən yüksək zabit heyətinin iştirak etdiyi tədbirdə eyni zamanda özünəqəsd hadisələrinin təfərrüatları və yeni intiharların qarşısının alınmasının müxtəlif yolları müzakirə olunub.

Nazirlik cari ildə ordudakı intihar hallarının sayını açıqlamayıb. Bununla bağlı göstərici ictimaiyyətdən gizli saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO