"Google" Əfqanıstan hökumətinin hesablarını BAĞLADI

Hazırda oxunan: "Google" Əfqanıstan hökumətinin hesablarını BAĞLADI

36438

"Google" şirkəti məlumat bazalarını "Taliban"dan qorumaq üçün Əfqanıstan hökuməti üzvlərinin bəzi elektron poçt hesablarını müvəqqəti olaraq blok edib.

Bizim.Media xəbər verir ki, təxminən 20 Əfqanıstan hökumət qurumları rəsmi elektron poçt ünvanlarına baxmaq üçün "Google" serverlərindən istifadə edib.

Bunların arasında maliyyə, sənaye, təhsil və mədən sənayəsi nazirlikləri var. Əfqanıstan Prezident Aparatı da "Google" xidmətlərindən istifadə edib.

Bildirilib ki, hökumət məlumat bazaları və e-poçtlar "Taliban"a keçmiş administrasiyanın işçiləri, keçmiş nazirlər, hökumət podratçıları, müttəfiqləri və Əfqanıstanın xarici tərəfdaşları haqqında məlumat verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO