ABŞ viza ilə bağlı qaydaları sərtləşdirdi

ABŞ viza ilə bağlı qaydaları sərtləşdirdi

Hazırda oxunan: ABŞ viza ilə bağlı qaydaları sərtləşdirdi

36244

ABŞ ölkəyə səfər etmək istəyən əcnəbilər üçün yeni viza anketlərini hazırlayıb.


Söhbət konsulluq əməkdaşlarının tələbi ilə doldurulmalı olan əlavə blankdan gedir.

ABŞ-a getmək istəyən şəxslər son 5 ildə sosial şəbəkələrdə istifadə etdikləri adları, mobil nömrələri və elektron ünvanlarını qeyd etməlidirlər. Həmçinin ABŞ-a getmək istəyən şəxslərdən son 15 il üçün bioqrafik məlumatlar, o cümlədən yaşadığı ünvan və səfər etdiyi ölkələrin adları tələb olunacaq.

Yeni tədbirlərin turistlərin yoxlanması prosesinin gücləndirilməsi istiqamətində atılan addımların bir hissəsi olduğu bildirilir. Yeni blank mayın 23-də təsdiqlənib. (APA)

 
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO