Taliban: “Ölkə şəriət qaydaları ilə idarə olunacaq”

Taliban: “Ölkə şəriət qaydaları ilə idarə olunacaq”

Hazırda oxunan: Taliban: “Ölkə şəriət qaydaları ilə idarə olunacaq”

35981

“Əfqanıstanda şəriət qanunları qüvvədə olacaq” 

Bizim.Media “Ria Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Taliban hərəkatının lideri Heybətullah Axundzadə deyib.

Bəyanatda bildirilib ki, gələcəkdə Əfqanıstanda bütün idarəçilik və həyat tərzi məsələləri müqəddəs şəriət qanunları ilə tənzimlənəcək:

“Biz qonşularımızla və digər ölkələrlə hörmət və qarşılıqlı əlaqəyə əsaslanan güclü və sağlam münasibətlər istəyirik. Bu ölkələrlə münasibətlərimiz Əfqanıstanın maraq və mənfəətləri üzərində qurulacaq. Biz bütün beynəlxalq qanunlara, razılaşmalara, qətnamələrə və öhdəliklərə sadiqik”.

Bəyanatda o da vurğulanıb ki, “İslam Əmirliyi" müqəddəs İslam dininin tələbləri daxilində insan haqlarını, azlıqlarını qorumaq üçün ciddi və təsirli addımlar atacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO