Əfqanıstanda yeni hökumətin tərkibi açıqlandı – Talibanın şəriksiz hakimiyyəti… 

Əfqanıstanda yeni hökumətin tərkibi açıqlandı – Talibanın şəriksiz hakimiyyəti… 

Hazırda oxunan: Əfqanıstanda yeni hökumətin tərkibi açıqlandı – Talibanın şəriksiz hakimiyyəti… 

35973

"Taliban" Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan edib. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın rəsmi nümayəndəsi Zəbihullah Mücahid məlumat verib. 

Baş nazirin müavini Molla Abdul Qəni Bəradər təyin edilib.Yeni hökumətdə xarici işlər naziri Molla Əmir Muttaki, daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri “Taliban”ın qurucusu Molla Ömərin oğlu Məhəmməd Yaqub Mücahid, kəşfiyyat naziri Molla Əbdülhaq Vasik, iqtisadiyyat naziri Məhəmməd Hənif, maliyyə naziri Hidayətulla Bədir, Mərkəzi Bankın rəhbəri Məhəmməd İdris, təhsil naziri Məvləvi Nurulla Munir, mədəniyyət və informasiya naziri isə Zəbihullah Mücahid olacaq.

Qeyd edək ki, daha əvvəl Molla Məhəmməd Həsən Axund Əfqanıstanın baş naziri vəzifəsini icra edəcəyi də Taliban tərəfindən açıqlanmışdı.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO