DÇ-2022 üçün 6-cı stadion istifadəyə verilir

DÇ-2022 üçün 6-cı stadion istifadəyə verilir

Hazırda oxunan: DÇ-2022 üçün 6-cı stadion istifadəyə verilir

35786

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək "Al-Tumama" stadionunun istifadəyə veriləcəyi tarix müəyyənləşib.

Bizim.Media xəbər verir ki, arenanın açılış mərasimi oktaybrın 22-də təşkil olunacaq.

Bu, DÇ-2022 üçün tam hazır vəziyyətə gətirilmiş 6-cı stadiondur. Açılış "Əl-Sədd" və "Əl-Rayan" komandaları arasında Əmir Kubokunun final oyunu zamanı baş tutacaq."Al-Tumama" stadionu 40 min azarkeş tutumuna malikdir.

Burada DÇ-2022-nin qrup oyunları, 1/8 final və 1/4 final qarşılaşmaları keçiriləcək.Xatırladaq ki, DÇ-2022 gələn il 21 noyabr - 18 dekabrda olacaq. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO