“Taliban” hərəkatı Əfqanıstanın Pəncşir əyalətinin inzibati mərkəzi olan Bazarak şəhəri ətrafında müqavimət qüvvələrinə qarşı hücumu davam etdirir.
Bizim.Media xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Bilal Kərimi “Twitter” səhifəsində məlumat yayıb.
Kəriminin sözlərinə görə, hazırda Pəncşir əyalətinin yalnız inzibati mərkəzi olan Bazarak şəhəri qalıb, ətraf bölgələr ələ keçirilib, son döyüşlər gedir.
MÖVZU İLƏ BAĞLI:
Pəncşir əyaləti taliblərin nəzarətinə KEÇDİ
“Müqavimət qüvvələri çoxsaylı itkilər verib, “Taliban” çoxlu sayda əsiri, texnikanı, silah və sursatı ələ keçirib”, - deyə nümayəndə bildirib.
Qeyd edək ki, yerli telekanalın məlumatına görə, “Taliban” Pəncşir sakinlərinə onların bağışlanacağını vəd edib: “İnsanların təhlükəsizliyinə zəmanət veririk”
Bizim.Media