Sloveniya Radioteleviziyasının (RTVS) qarşısında aksiya keçirilib. Nümayişçilər dövlət televiziyasının binasına daxil olublar.
Bizim.Media xəbər verir ki, etirazçılar dövlət televiziyasının rəsmilərindən onların ölkədə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə dair mövqelərinin efirdə işıqlandırılmasını tələb ediblər.
Polisin müdaxiləsindən sonra etirazçılardan 20 nəfər saxlanılıb, televiziya binasının mühafizəsi gücləndirilib.
RTVS televiziyasının intendantı Andrey Vatmou baş vermiş hadisəni mətbuata hücum kimi dəyərləndirib və təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini elan edib. Sloveniya Jurnalistlər Birliyi isə bu hücumu ölkədəki media, jurnalistika və demokratiyaya hücum kimi qiymətləndirib.
Bizim.Media
Vdor v poslopje @RTV_Slovenija ali katero koli drugo javno zgradbo nima nobene zveze s svobodo izražanja. Je nasilje nad to svobodo. Storiti je treba vse, da se vsako samovoljno in nasilno prilaščanje javnega prostora in grožnje obsodi in kaznuje z enakimi vatli vedno in povsod. pic.twitter.com/bTsu4VIpnp
— Janez Janša (@JJansaSDS) September 4, 2021