Tanışına saxta pul ödədi – üstəlik liftdə güllələdi - VİDEO

Tanışına saxta pul ödədi – üstəlik liftdə güllələdi - VİDEO

Hazırda oxunan: Tanışına saxta pul ödədi – üstəlik liftdə güllələdi - VİDEO

35439

Sentyabrın 2-də Rusiyanın Kazan şəhərində qətl hadisəsi baş verib. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə qətlin hansı şəraitdə törədilməsi öz əksini tapıb. 

Belə ki, odlu silahdan istifadə edən qatil qurbanı ilə birlikdə liftə daxil olduqdan sonra, elə oradaca cinayəti törədib. 

Mənbədə cinayətkarın şəhəri tərk etmək istəyərkən Kazan polisi tərəfindən saxlanıldığı da qeyd olunub. Hadisə iştirakçılarının bir-birini tanıdığı və cinayətin saxtakarlıq səbəbindən törədildiyi güman olunur. 

Araşdırmalara görə, qatil tanışına 6 milyon rubl saxta avro və dollar ödəyərək ondan daşınmaz əmlak alıb.

Liftdə satıcı saxtakarlıq aşkar edəndə qəzəblənib, nəticədə tanışı tərəfindən öldürülüb.

Həmin görüntüləri sizə təqdim edirik:   

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO