Əfqanıstanın yeni hökumətinə molla Bəradar rəhbərlik edəcək - REUTERS

Əfqanıstanın yeni hökumətinə molla Bəradar rəhbərlik edəcək - REUTERS

Hazırda oxunan: Əfqanıstanın yeni hökumətinə molla Bəradar rəhbərlik edəcək - REUTERS

35359

Əfqanıstanın yeni hökumətinə “Taliban” hərəkatının siyasi qanadının lider molla Əbdül Qani Bəradar rəhbərlik edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi hərəkatdakı mənbəyə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, yeni administrasiyada, həmçinin molla Yaqub (taliblərin ilk lideri molla Ömərin oğlu) və təşkilatın Dohadakı nümayəndəsi Məhəmməd Abbas Stanekzay yer alacaq.

İki gün əvvəl TOLOnews telekanalı belə bir informasiya vermişdi ki, Əfqanıstan Nazirlər Kabinetinin rəhbəri “Taliban”ın lideri molla Heybətulla Axundzadə ola bilər.

Taliblərin yeni hökumətin tərkibini bu gün elan edəcəkləri gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO