Əfqan qadınlar Herat əyalətində qadın hüquqlarına riayət edilməsini və hökumətdə iştiraklarını tələb edən nümayişdə iştirak etmək üçün küçələrə çıxıblar.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.
Gələcək Əfqanıstan hökumətində qadınların iştirakına çağırış edən nümayişçilər, qadınların təmsilçiliyi olmadan heç bir "hökumətin davamlı ola bilməyəcəyi" şüarı ilə çıxış ediblər. Onlar, həmçinin Talibana qarşı da şüarlar səsləndiriblər.
“Tolo News” nəşri yazır ki, nümayişçilər beynəlxalq ictimaiyyəti "Əfqan qadınlarını unutmamağa" çağırıblar.
Nümayişdə yerli fəallar, tələbə qızlar, dövlət qurumlarında çalışan qadınlar iştirak ediblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:24 / 02.09.2021
Əfqan qadınlar Herat şəhərində aksiya keçirdi
Hazırda oxunan: Əfqan qadınlar Herat şəhərində aksiya keçirdi
Hazırda oxunan: Əfqan qadınlar Herat şəhərində aksiya keçirdi
35283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.