Komitə sədri Almaniyada azərbaycanlı tibb mütəxəssisləri ilə GÖRÜŞDÜ

Komitə sədri Almaniyada azərbaycanlı tibb mütəxəssisləri ilə GÖRÜŞDÜ

Hazırda oxunan: Komitə sədri Almaniyada azərbaycanlı tibb mütəxəssisləri ilə GÖRÜŞDÜ

35223

Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi sədri Fuad Muradovun və Komitə əməkdaşlarının Köln Universiteti Klinikasının Radiologiya İnstitutunda azərbaycanlı tibb mütəxəssisləri ilə görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə Köln Universitetinin tibb elmləri doktoru, Köln Universitet Klinikasının Radiologiya İnstitutunun şöbə müdiri, Almaniya–Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri Nuran Abdullayev, Köln Universitetinin məzunu, Auqustereninen xəstəxanasında Ağciyər xəstəlikləri departamentinin şöbə müdiri Elvin Hüseynov, Axen şəhərindəki Reyn-Vestfal Texniki Universitetinin doktorantı, Almaniyadakı milli elmi araşdırma mərkəzinin əməkdaşı Əkbər Hüseynov, Köln Universitetinin Cinayət Hüququ və Cinayət Prosesi İnstitutunun doktorantı, “2019–2020-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı”nın təqaüdçüsü Asif Mustafayev, Köln Universitetinin məzunu, Vuppertal şəhərindəki Müqəddəs İosif hospitalının həkimi Hemət Həbibov və Almaniyanın Auditorlar Palatasının ilk azərbaycanlı üzvü, Britaniyanın Ernst&Young auditor-konsaltinq şirkətinin Almaniya üzrə uzunmüddətli meneceri Murad Həsənzadə iştirak ediblər.
 

Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri səhiyyənin yüksək inkişaf etdiyi Almaniyada azərbaycanlı həkimlərin yüksək mütəxəssis kimi qəbul edilməsi faktının böyük əhəmiyyətindən danışıb.


Bildirib ki, Almaniyada təhsil alan gənclərimizin yerli səhiyyənin üstünlüklərini öyrənib, peşəkar mütəxəssisə çevrilməsi çox vacibdir. 

Daha sonra radiologiya və ürək-damar şöbələrindəki iş şəraiti ilə tanışlıq olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO