"Rəsmi Kiyev və Bakı çətin dövrdə bir-birini dəstəkləyən müttəfiqlərdir" – Ukraynalı deputat

Hazırda oxunan: "Rəsmi Kiyev və Bakı çətin dövrdə bir-birini dəstəkləyən müttəfiqlərdir" – Ukraynalı deputat

35145

"Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır. Bu, ölkənin xarici siyasət strategiyasında bir daha təsbit edilib".

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Ali Radasının Maliyyə, Vergi və Gömrük siyasəti Komitəsinin sədri, xalq deputatı Maryan Zablotskiy Volodimir Zelenski tərəfindən imzalanmış Ukraynanın xarici siyasət strategiyası haqqında sənəd çərçivəsində iki ölkə arasında əməkdaşlığı şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu fərman dövlətlər və xalqlar arasında münasibətlərin əsl xarakterinə aydınlıq gətirir:

“Qeyd etmək lazımdır ki, parlamentlərarası əlaqələrin aktivliyi, o cümlədən parlamentlərarası intensiv iş ölkələr arasında münasibətlərin inkişafına öz töhfəsini verir.

Bundan başqa, son illərdə Azərbaycan diasporunun Ukraynanın ictimai-siyasi həyatında fəal rolu müşahidə olunur.

Müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında sadəcə dostluq münasibətləri qurulmayıb. Ümumi problemlər rəsmi Kiyev və Bakıya tarixin çətin dövrlərində bir-birini dəstəkləməklə müttəfiq olmaq imkanı verib” (report).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO