Estoniyada yeni prezident seçildi

Estoniyada yeni prezident seçildi

Hazırda oxunan: Estoniyada yeni prezident seçildi

35009

Deputatlar Estoniya Milli Muzeyinin direktoru Alar Karisi ölkənin yeni prezidenti seçiblər.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.

Karis ikinci tura çıxan yeganə namizəd olub. 80 nəfərdən 72-si onun lehinə səs verib, 8 bülleten doldurulmayıb.

Seçkilərdə qalib gəlmək üçün azı 68 deputatın səsi tələb olunur. Birinci turda qələbə qazanmaq üçün Karisin cəmi 5 səsi çatmayıb.

Qeyd edək ki, Estoniyada ölkə başçısının səlahiyyət müddəti 5 ildir. Bir şəxsin ardıcıl 2 dəfə prezident seçilmək hüququ var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO