Pəncşir vadisinin girişində DÖYÜŞLƏR – “Taliban” 10 döyüşçü itirdi

Pəncşir vadisinin girişində DÖYÜŞLƏR – “Taliban” 10 döyüşçü itirdi

Hazırda oxunan: Pəncşir vadisinin girişində DÖYÜŞLƏR – “Taliban” 10 döyüşçü itirdi

34814

Əfqanıstanda əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu Əhməd Məsudun başçılıq etdiyi qüvvələr Pəncşir vadisinin yaxınlığında “Taliban” qüvvələrini darmadağın ediblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Pəncşir müqavimət hərəkatının sözçüsü Fahimi Dəşti “Sputnik Tacikistan” agentliyinə bildirib.

Onun sözlərinə görə, tərəflər arasında toqquşma qonşu Baqlan vilayətinin Əndərab rayonunda baş verib.

Fahimi Dəşti deyib ki, Tuqrəli Əndərabın komandanlıq etdiyi müqavimət qüvvələri Hovak-Pəncşir marşrutu üzrə Sarab dərəsinə taktiki geri çəkilmə manevri ediblər. Bununla da “Taliban” yaraqlılarını tələyə salıblar.
 

“Taliban” yaraqlıları “geri çəkilənləri” təqib edib və Pəncşir vadisinin müdafiə xəttinə çıxmağa çalışıb. Lakin pusquya düşüblər və azı 10 döyüşçü itirərək geri çəkiliblər. 50-dən çox talibin yaralandığı bildirilir.


Əndərab Pəncşir vadisinə aparan ən asan və açıq yollardan birinin keçdiyi rayondur. Hazırda bu rayona “Taliban” nəzarət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO