“Delta”dan sonra yeni mutasiya daha sürətlə yayılır

“Delta”dan sonra yeni mutasiya daha sürətlə yayılır

Hazırda oxunan: “Delta”dan sonra yeni mutasiya daha sürətlə yayılır

34812

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Haber Global” telekanalı yayıb.

Mənbə yazır ki, alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər.
 

Cənubi Afrika ilə yanaşı bu variantın Britaniya, Çin, Konqo Demokratik Respublikası, Yeni Zelandiya, Portuqaliya və İsveçrə kimi ölkələrdə də müşahidə edildiyi qeyd olunub.


C.1.2 ştammı digər ştammlardan daha sürətlidir.

Mütəxəssislər bildirir ki, onun yarısından çoxu 14 dəfə mutasiyaya uğrayıb:

“Bu variantın təsirini görmək üçün daha çox çalışmaq lazımdır. Onun “Delta” variantına qarşı dominant olub-olmayacağını görmək üçün araşdırmaları artırmalıyıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO