Taliban hərəkatının siyasi bürosunun başçısının müavini Şer Muhammad Abbas Stanekzai Doha şəhərində Dünya Ərzaq Proqramının icraçı direktoru David Beasley ilə görüşüb və onunla Əfqanıstana humanitar yardım məsələlərini müzakirə edib.
Bizim.Media xəbər verir ki, informasiyanı İnterfaks agentliyi yayıb.
"Hər iki tərəf ölkənin üzləşdiyi problemləri müzakirə edərək bildirib ki, Dünya Ərzaq Proqramı Əfqanıstanda yoxsullara dərhal yardım göstərməlidir”. Agentlik Talibanın sözçüsü Məhəmməd Naimdən sitat gətirib.
Onun sözlərinə görə, Taliban nümayəndə heyəti təhlükəsizlik baxımından Dünya Ərzaq Proqramının rəhbərini əmin edib və humanitar yardıma görə quruma təşəkkürünü bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:19 / 27.08.2021
Taliban dalana dirəndi - BMT-dən yemək istəyir
Hazırda oxunan: Taliban dalana dirəndi - BMT-dən yemək istəyir
Hazırda oxunan: Taliban dalana dirəndi - BMT-dən yemək istəyir
34428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.