Taliban ABŞ-a 36 saat vaxt verdi: “Ölkədən çıxmalısan”

Taliban ABŞ-a 36 saat vaxt verdi: “Ölkədən çıxmalısan”

Hazırda oxunan: Taliban ABŞ-a 36 saat vaxt verdi: “Ölkədən çıxmalısan”

34341

ABŞ-ın Kabildən təxliyə əməliyyatının bitməsinə 36 saat qalıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı CNN telekanalı məlumatlı mənbəyə istinadən yayıb.

Telekanalın məlumatına görə, Əfqanıstanda Bakı vaxtı ilə saat 07.30-dək  150 Amerika vətəndaşı qalıb. Onların hamısı Kabil hava limanına gətirilməlidir.

Telekanalın mənbəyi bildirib ki, Amerika vətəndaşları ilə yanaşı, Amerika səfirliyində işləyən təxminən 1800 əfqan da hava limanına gətirilməlidir.
 

Mənbənin sözlərinə görə, indi hava limanına giriş son dərəcə çətindir, mümkün terror hücumları qorxusu var, bu baxımdan bütün çıxışlar bağlıdır. 


O qeyd edib ki, təxliyə əməliyyatı cümə günü başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO