“Taliban” Pəncşirdəki qüvvələrlə razılığa gəldi

“Taliban” Pəncşirdəki qüvvələrlə razılığa gəldi

Hazırda oxunan: “Taliban” Pəncşirdəki qüvvələrlə razılığa gəldi

0:00
0:00
34318

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması və onlara tabe olmaqdan imtina edən Şimal Alyansı arasında razılaşma əldə olunub.

Bizim.Media xəbər verir ki, bu haqda TASS agentliyi yayıb.

Mənbə yazır ki, razılaşmaya əsasən, tərəflər bundan sonra bir-birinə qarşı hücum etməyəcəklər.

Bildirilib ki, razılaşmanın Əfqanıstanda “Taliban”ın nəzarətində olmayan yeganə vilayət olan Pəncşirdə toqquşmaların qarşısını alması gözlənilir.

Qeyd edək ki, Pəncşirdə Əfqanıstanın birinci vitse-prezidenti Əmirulla Saleh və Əhməd Məsudun müqavimət qüvvələri toplaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO