Braziliyada 2 fransalı İsa Məsihin heykəlinin üzərinə çıxdı

Braziliyada 2 fransalı İsa Məsihin heykəlinin üzərinə çıxdı

Hazırda oxunan: Braziliyada 2 fransalı İsa Məsihin heykəlinin üzərinə çıxdı

34268

Braziliyanın Rio-de-Janeyro şəhərində polis əməkdaşları Korkovado dağında yerləşən İsa Məsihin heykəlinin üzərinə çıxan iki fransalını saxlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli “O Globo” qəzeti şəhər polisinə istinadən yazıb.

Bildirilir ki, 28 yaşında olan Fransa vətəndaşları abidənin içərisində gizlənərək onun turistlər üçün bağlanmasını gözləyiblər.

Daha sonra 23 avqust tarixində səhər saatlarında təmir işləri üçün istifadə olunan pilləkənlərlə heykəlin başına qalxaraq, orada öz “uğurlarını” video və fotoşəkillər çəkməklə qeyd ediblər.

Onları sonradan abidənin gözətçisi görüb və polisə məlumat verib.

Məlumata görə, saxlanılan şəxslər artıq 10 min Braziliya realı (təxminən 3260 manat) girov müqabilində sərbəst buraxılıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO