Alimlər dünyanı gözləyən fəlakətdən DANIŞDI  

Alimlər dünyanı gözləyən fəlakətdən DANIŞDI  

Hazırda oxunan: Alimlər dünyanı gözləyən fəlakətdən DANIŞDI  

34248

Qlobal iqlim dəyişiklyi hazırda daha çox Qrenlandiyada özünü göstərir. Belə ki, 5 gün əvvəl Qrenlandiya dağlarına tarixdə ilk dəfə olaraq yağış düşüb. 

Bizim.Media xəbər verir ki, "Phys.org" nəşri bu barədə Danimarka alimlərinin müşahidələrinə istinadən məlumat yayıb. 

Sözügedən təbiət hadisəsi Qrenlandiyada ilk dəfədir ki, qeydə alınır. Bundan əvvəl isə dünyanın ən böyük adasında yağıntılar yalnız qar şəklində qeydə alınıb.

Adanın dağlıq hissəsində temperatur son on ildə üçüncü dəfə sıfırdan yüksək olub. 

Qrenlandiyada buz örtüyünün üstünə yağan yağış dəniz səviyyəsindən təxminən 3 000 metr yüksəkliyə düşüb. 

Adanı əhatə edən buz təbəqəsi Fransadan üç dəfə böyükdür. Məqalədə deyilir ki, buz təbəqəsi əriyərkən dəniz səviyyəsini qaldırmaq üçün kifayət qədər su həcminə malikdir. 

Son 2 min ildə 19 belə istiləşmə hadisəsi qeydə alınıb ki, onlardan üçü axırıncı on ildə baş verib. Bu yay Qrenlandiyada rekord səviyyədə - 20 dərəcəyə qədər istiləşmə qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO