Əhməd Məsud ABŞ-ı yıxıb-sürüdü: “Helikopterləri, tankları taliblərin əlindədir”

Əhməd Məsud ABŞ-ı yıxıb-sürüdü: “Helikopterləri, tankları taliblərin əlindədir”

Hazırda oxunan: Əhməd Məsud ABŞ-ı yıxıb-sürüdü: “Helikopterləri, tankları taliblərin əlindədir”

34198

Əfqanıstan müqavimət ordusunun lideri Əhməd Məsud döyüşçülərinin Taliban əleyhinə müqaviməti dayandırmayacaqlarına bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə Fransa mətbuatı yazıb.

"Mübarizəni dayandırmayacayıq. Pəncşirdə hər şey yenidən başlayır", - o qeyd edib - "Təslim olmaqdan söhbət gedə bilməz”.

O, "Taliban"la danışıqların mümkünlüyünü istisna etməyib:

"Danışıqlar mümkündür. Bütün müharibələr zamanı danışıqlar aparılır. Bununla belə təslim olmaq tamamilə fərqlidir. Yenə də deyirəm: nə mən, nə də tabeliyimdə komandirlər təslim olmayacaq”.

Məsud ABŞ-ı tənqid edib:

"Onların tarixi səhvini unuda bilmirəm. Səkkiz gün əvvəl onlardan silah istədim, rədd cavabı aldım. İndi Amerika istehsalı olan silahlar, toplar, helikopterlər, tanklar taliblərin əlindədir”.

Bu arada KİV-lər yazır ki, Məsud Rusiyadan kömək istəyir. Bu barədə o, RBK-yə müsahibəsində bildirib. 

Müqavimət liderinin fikrincə, siyasi vəziyyət Moskvanın köməyi olmadan həll edilə bilməz. (virtualaz.org) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO