Ukraynada hərbi paradda “Bayraqdar” PUA-ları nümayiş etdirildi - VİDEO

Ukraynada hərbi paradda “Bayraqdar” PUA-ları nümayiş etdirildi - VİDEO

Hazırda oxunan: Ukraynada hərbi paradda “Bayraqdar” PUA-ları nümayiş etdirildi - VİDEO

34018

Ukrayna müstəqilliyinin 30-cu ildönümünü qeyd edir.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu münasibətlə paytaxt Kiyevin Azadlıq meydanında hərbi parad keçirilib.

Yerli vaxtla saat 10:00-da başlayan tədbirdə Prezident Vladimir Zelenski çıxış edib.


Paradda Ukrayna müdafiə və təhlükəsizlik qüvvələrinin müxtəlif döyüş əməliyyatlarında iştirak etmiş 5000 nəfərədək şəxsi heyəti iştirak edib, Ukrayna silahlı qüvvələrinin inventarında olan müxtəlif hərbi texnikalar, aviasiya vasitələri, o cümlədən Türkiyə istehsalı “Bayraqdar TB-2” pilotsuz uçuş aparatları, eləcə də ilk dəfə olaraq sərhəd xidmətinin kinoloji xidmətinin itləri nümayiş etdirilib.

Hərbi paradda Ukraynanın tərəfdaş ölkələri Türkiyə, ABŞ, Böyük Britaniya, Kanada, Estoniya, Latviya, Gürcüstan, Moldova, Slovakiya və Finlandiyadan olan hərbçilərin təntənəli keçidi də baş tutub.

Yerli vaxtla saat 14:00-da isə Donbass müharibəsi veteranlarının yürüşü planlaşdırılıb.
Qeyd edək ki, bu gün Ukraynanın Müstəqillik günü münasibətilə paytaxt Kiyevdə konsert proqramları, idman yarışları, marafonlar, sərgilər və s. kimi 70-dək müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.

Bizim.Media

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO