“Taliban” hərəkatı Amerikanın bir neçə təyyarəsini, hərbi helikopterini və tank əleyhinə raketini ələ keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Al Arabiya telekanalı mənbələrə istinadla məlumat yayıb. Telekanalın məlumata görə, baş verənlər Pentaqonun narahatlığına səbəb olub.
Mənbələr bildirirlər ki, taliblərin əlinə keçən silahın zərərsizləşdirilməsi barədə qərar hələlik qəbul edilməyib:
“Ola bilsin ki, taliblər təyyarə və helikopterlərdən istifadə etməyə çətinlik çəksinlər. Belə ki, onların pilotları yoxdur, texniki xidmət də onlar üçün əlçatan deyil”.
Həmçinin bildirilir ki, ABŞ “Taliban” hərəkatının hərbi anbarlarına zərbə endirmək də daxil olmaqla, ayrı-ayrı əməliyyatların keçirilməsinə dair qəbul etmək üçün təxliyə prosesinin yekunlaşmasını gözləyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:50 / 24.08.2021
ABŞ-ın bir neçə təyyarəsi, helikopteri taliblərin əlinə keçib?
Hazırda oxunan: ABŞ-ın bir neçə təyyarəsi, helikopteri taliblərin əlinə keçib?
Hazırda oxunan: ABŞ-ın bir neçə təyyarəsi, helikopteri taliblərin əlinə keçib?
33959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.