Təhlükəli asteroid gəlir – YER KÜRƏSİNİN DAHA BİR BƏLASI

Təhlükəli asteroid gəlir – YER KÜRƏSİNİN DAHA BİR BƏLASI

Hazırda oxunan: Təhlükəli asteroid gəlir – YER KÜRƏSİNİN DAHA BİR BƏLASI

33596

Potensial olaraq təhlükəli səma cisimləri sinfinə aid olan 2016 AJ193 21 asteroidi bu gün minimal məsafədə Yer kürəsinə yaxınlaşacaq.

Bizim.Media xəbər verir ki, bu barədə NASA-nın bölmələrindən birinin saytında bildirilir.

Qeyd edilir ki, asteroidlə planetimiz arasında məsafə təxminən 3,4 milyon kilometr təşkil edəcək.

Məlumata görə, asteroid Bakı vaxtı ilə saat 19:10-da Yer kürəsinə ən yaxın məsafədə olacaq. Asteroidin sürəti saniyədə 26 kilometr təşkil edir. Onun ölçüsü 400-1 300 metrdir. Məlumata görə, 2016 AJ193 21 potensial olaraq təhlükəli asteroidlər qrupuna aiddir, ancaq indi planetimiz üçün təhlükə törətmir.

Alimlər bundan əvvəl də bildiriblər ki, Yer kürəsinə yaxınlaşan asteroidlərin bütöv qrupu mövcuddur.

Bu qrupa yaxın gələcəkdə Yerə 7,5 milyon km və ya daha az məsafədə yaxınlaşa bilən asteroidlər daxildir. Həmin səma cisimləri potensial təhlükəli hesab olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO