Qonşu ölkədə virusa yoluxma 4 MİLYONU KEÇDİ 

Qonşu ölkədə virusa yoluxma 4 MİLYONU KEÇDİ 

Hazırda oxunan: Qonşu ölkədə virusa yoluxma 4 MİLYONU KEÇDİ 

33393

İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar koronavirusa qarşı səmərəli mübarizə aparmağa imkan vermir. 

Bizim.Media xəbər verir ki, bu sözləri İranın səhiyyə naziri Səid Nəmaki deyib.

O bildirib ki, sanksiyalar ölkəyə tibbi ləvazimatların və avadanlıqların idxalına maneə yaradır. İran daxili imkanları hesabına virusa qarşı mübarizə aparır.

Nazir qeyd edib ki, pandemiyanın davam etdiyi müddətdə xəstəxanaların çarpayı sayı artırılıb və 1500 ədəd oksigen balonu ilə təmin olunub. 

Hazırda İranda virusa yoluxanlar arasında ölüm halları artıb. Bunun səbəbi ölkədə koronavirusun “delta” variantının yayılmasıdır. Bu variant sürətlə yayılır və təhlükəlidir. Nazir insanları tibbi normalara ciddi əməl etməyə çağırıb. 
 

Ölkə ərazisində 31 min 266 yoluxma, 564 ölüm halı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 4 milyon 587 min 683 nəfərə, yoluxaraq ölənlərin sayı isə 100 min 255-ə çatıb. 


Xəstəxanalarda müalicə alan 7583 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 3 milyon 840 min 568 xəstə sağalaraq evə buraxılıb. 

İranda əhliyə peyvənd vurulması prosesi davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO