Rusiyadan miqranta daha bir qadağa

Rusiyadan miqranta daha bir qadağa

Hazırda oxunan: Rusiyadan miqranta daha bir qadağa

33368

Son zamanlar Rusiyada miqrantlara qarşı yeni qanunlar qəbul edilir. Moderator.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, indi qanunlar daha da sərtləşdiriləcək. Ola bilər ki, yeni qanuna əsasən Rusiyada miqrantların ticarətlə məşğul olması tamamilə qadağan edilsin.
Belə ki, Rusiya Duması Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mücadilə Komitəsi tərəfindən hazırlanan yeni qanun təklifinə görə, migrantların ticarət sektorundan tamamilə təcrid edilməsi nəzərdə tutulur.
Rusiya Sənaye və Ticarət Nazirliyinin hazırladığı başqa bir qanun layihəsində isə böyük binaların içində yerləşməyən bütün pərakəndə satış bazarlarının bağlanması təklif edilib.

Qeyd edək ki, 2007-ci ildə də miqrantların topdan və pərakəndə satışla məşğul olmaları qadağan edilmişdi. Bunun nəticəsində Rusiyada qiymətlərdə ciddi artımlar qeydə alınmışdı. İqtisadi ekspertlər də, pərakəndə bazarlarının bağlanmasının istehlakçılara ciddi ziyan vuracağını deyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO