Rusiyada
hazırlanan yeni qanun layihəsinə görə homoseksual və ya lesbiyan olan
vətəndaşların valideynlik haqları əllərindən alınacaq. Moderator.az-ın Rusiya mətbuatına
istinadən verdiyi xəbərə görə, Rusiya Duması millət vəkili Aleksey Juravlevin
hazırladığı yeni qanun layihəsi ilə uşaqların anormal istiqamətdə cinsi tərbiyə
edən valideynlərin təsirindən qorunması nəzərdə tutulur.
Hakim Vahid Rusiya partiyasından millət vəkili seçilən Juravlevin təklifi qəbul
edilərsə, Rusiyanın ailə qanununda yeni dəyişiklik ediləcək.
Belə ki, indiyədək uşaqlara qarşı şiddət tətbiq edənlərin valideynlik
haqlarından məhrum edilməsini nəzərdə tutan qanunlara görə bundan sonra
homoseksual və lezbiyanlar da bu haqlarını itirmiş olacaq.
Ekspertlər hesab edirlər ki, Rusiyada əhalinin 7 %-ə yaxını homoseksual cinsi
münasibəti üstün tutan həyat tərzi yaşayır və bunların 1/3-i uşaq sahibidir.
- A-
- A
- A+
Dünya
17:24 / 05.09.2013
Rusiyada homoseksullara sərt qadağa
Hazırda oxunan: Rusiyada homoseksullara sərt qadağa
Hazırda oxunan: Rusiyada homoseksullara sərt qadağa
33317
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































