Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi İtaliyanın “Kmetro0”, “Eurasianews” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.
Bizim.Media-ya Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyindən verilən məlumata görə, “Prezident İlham Əliyev: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə sülh gələcək” sərlövhəli yazılarda qeyd olunur ki, “CNN Türk”-ə müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın hərbi işğalına son qoyulması üçün görülmüş tədbirlərdən, İkinci Qarabağ müharibəsi və onun nəticələrindən, müharibədən sonra bölgədəki vəziyyətdən, bölgədə uzunmüddətli sülhün təmin edilməsi və buna nail olmaq üçün atılacaq addımlardan bəhs edib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin “CNNTürk” telekanalına müsahibəsi - VİDEO
Yazılarda Prezident İlham Əliyevin müsahibədəki fikirlərinə geniş şəkildə istinadlar edilib.
Bizim.Media