NATO ölkələrinin xarici işlər nazirləri Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq "Twitter"də paylaşım edib.
Qeyd edib ki, Əfqanıstanla bağlı ortaq yanaşmanı müzakirə etmək üçün avqustun 20-də NATO xarici işlər nazirlərinin fövqəladə toplantısını çağırıb.
MÖVZU İLƏ BAĞLI:
Prezidentin verdiyi son mesajlar Tofiq Zülfüqarovun baxış bucağından... – ÖZƏL ŞƏRH
Toplantı video-konfrans formatında baş tutacaq.
Bizim.Media