Əfqan qızlarının Taliban qorxusu – ZÜLMƏTƏ ÇƏKİLƏN QADIN AZADLIĞI - FOTO

Əfqan qızlarının Taliban qorxusu – ZÜLMƏTƏ ÇƏKİLƏN QADIN AZADLIĞI - FOTO

Hazırda oxunan: Əfqan qızlarının Taliban qorxusu – ZÜLMƏTƏ ÇƏKİLƏN QADIN AZADLIĞI - FOTO

33172

20 ildən sonra Taliban Kabildə yenidən nəzarəti bərpa etdi. Əfqan qadınlar şəriət qanunları altında edam, küçənin ortasında qamçılama kimi sərt cəzalarla, “qaranlıq günlərə” üz-üzə qalıb.

Bizim.Media xəbər verir ki, Əfqanıstanın hazırkı vəziyyəti bütün dünyanın diqqət mərkəzindədir.

60-70-ci illərdə İŞİD və ya “Taliban” təhlükəsinin nə olduğunu bilməyən ölkədə sabitlik höküm sürürdü. 1930-cu illərdən 1970-ci illərədək hegemon güclərin döyüş meydanı idi.
 

MÖVZU İLƏ BAĞLI:

“Taliban”dan qadınlarla bağlı AÇIQLAMA


O dövrlərdə Kabil “Mərkəzi Asiyanın Parisi”  hesab edilirdi. Həmin ərəfələrdə Kabilin küçələrində mini ətəklərdə gəzən əfqan qızlarının fotoları buna əyani sübutdur. Bundan başqa, istənilən qız sərbəst şəkildə təhsil ala bilirdi.

Eyni zamanda  siyasi sferada da qadınların azadlığı olub. Talibandan əvvəl ölkədə məktəbə gedən qız uşaqlarının sayı 8 milyona qədər yüksəlmişdi.

Həmişə Talibanın idaretmə dövründə şəriət qanunları təbliğ edilib. Beynəlxalq araşdırmalarda qeyd edilir ki, Əfqanısanda evlənmə yaşı 15 və daha aşağıdır. Ölkədə intihara təşəbbüs edənlərin isə məhz 80 %-i qadınlardır.

Bu gün isə Taliban yenidən Əfqanıstanda hakimiyyəti ələ keçirib. 

Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO