“Taliban”dan qadınlarla bağlı AÇIQLAMA

“Taliban”dan qadınlarla bağlı AÇIQLAMA

Hazırda oxunan: “Taliban”dan qadınlarla bağlı AÇIQLAMA

33123

"Əfqanıstanda şəriət qanunları çərçivəsində qadınların hüquqları təmin ediləcək".

Bizim.Media-nın məlumatına görə, bunu bu gün Kabildə keçirilən mətbuat konfransında “Taliban” Hərəkatının sözçüsü Zebihullah Mücahit deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Əfqan qadınları Kabildə aksiya keçirdi - VİDEO


Bildirib ki, qadınlar, təhsil və digər sahələrdə çalışa biləcəklər:

“Bizim qadınlarımız müsəlmandır. Onlar da şəriət çərçivəsində yaşamaqdan xoşbəxtlik duyacaqlar".

“Taliban” Hərəkatının sözçüsü mətbuata da təminat verdiklərini bəyan edib: 

“Biz sizi qoruyacağıq. Ancaq bəzi istəklərimiz var. İslam ölkəmizdə çox önəmli bir dəyərdir, heç bir şey islami dəyərlərə zidd olmamalıdır. Mətbuat müstəqil və tərəfsiz olmalıdır. Təbii ki, bizi tənqid edə bilərsiniz, tənqidlərə açığıq. Lakin mətbuat diqqətli olmalı, milli dəyərlərə qarşı çıxmamalı, ölkənin birliyi üçün çalışmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO