“Azərbaycan səbirli olmalıdır” - Aleksandr Duqin

“Azərbaycan səbirli olmalıdır” - Aleksandr Duqin

Hazırda oxunan: “Azərbaycan səbirli olmalıdır” - Aleksandr Duqin

33069

“Onlar bunu bacardılar: Qarabağda mümkün olan hər şeyi məhv etdilər, Rusiya ilə münasibətləri korladılar, Paşinyanı seçdilər, rəsmi Bakının bütün təşəbbüslərini blokladılar, sonda hər şeyi itirdilər!”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Telegram kanalında rusiyalı filosof, siyasi analitik və ictimai xadim Aleksandr Duqin səsləndirib.

“Necə düşünürsünüz, eyni Ermənistan hökuməti hər hansı qaydalara riayət edəcək? Hazırda Ermənistanda tam idarəedilməzlik hökm sürür. İndi ermənilərdən tez toplaşacaqlarını, özlərinə gələcəklərini və normal bir xalq olacaqlarını gözləmək real deyil”, deyə o, qeyd edib.

Ekspertin fikrincə, Azərbaycan səbirli olmalıdır:

“Hələlik Ermənistan tərəfindən heç bir adekvat addım gözləmək olmaz”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO