Türkiyənin baş naziri Rəcəb
Tayyib Ərdoğan Suriya böhranı ilə bağlı danışarkən BMT-ni tənqid edib. Moderator.az-ın
Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Ərdoğan beynəlxalq
ictimaiyyəti Suriya məsələsinə laqeyd qalmaqda qınayıb:
“Dünya birliyi Suriyaya qarşı qətiyyətli tədbirlər görməyənə qədər Bəşər Əsəd
rejimi kütləvi qətləri davam etdirəcək. Bu gün Dünya birliyinin qərarı BMT
Təhlükəsizlik Şurasının beş daimi üzvinin əlindədir və bu
antidemokratikdir".
Türkiyənin baş naziri rəsmi Ankaranın Suriyada qan tökülməsini dayandıracaq
istənilən addımı dəstəkləyəcəyini də sözlərinə əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.