Kabil hava limanında insidentlər qeydə alındı

Kabil hava limanında insidentlər qeydə alındı

Hazırda oxunan: Kabil hava limanında insidentlər qeydə alındı

32836

ABŞ əsgərləri Kabil hava limanında təhlükəsizlik sahəsində insidentlər qeydə alsalar da, döyüşlərdə iştirak etməyiblər.

Bizim.Media xəbər verir ki, bu barədə adının çəkilməsini istəməyən Pentaqon rəsmisi “CNN” telekanalına bildirib.

Onun sözlərinə görə, ABŞ ordusu atəş açmayıb və atəşə məruz qalmayıb.

O, həmçinin hava limanının təhlükəsizliyini təmin edən türkiyəli əsgərlərin də döyüşdə iştirak edib-etməməsi barədə məlumatsız olduğunu deyib.

Pentaqon nümayəndəsi qeyd edib ki, təxminən 3 min ABŞ əsgəri hazırda Əfqanıstandadır, əlavə qüvvələr isə ya yoldadır, ya tezliklə Kabil hava limanına göndəriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO