Əfqanıstan prezidenti istefa verəcək - TƏSDİQLƏNDİ

Əfqanıstan prezidenti istefa verəcək - TƏSDİQLƏNDİ

Hazırda oxunan: Əfqanıstan prezidenti istefa verəcək - TƏSDİQLƏNDİ

32772

Əfqanıstan prezidenti Əşrəf Qani yaxın bir neçə saat ərzində istefa verəcəyini açıqlayıb

Bizim.Media “Al Arabia”-a istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə hakimiyyət döyüşlə deyil, sülh yolu ilə ötürüləcək.

Əfqanıstan ordusu ilə Taliban arasında toqquşmalar şəhərin cənub və şimal kənarında baş verib. Taliban sözçüsü dəstələrinə hökumətin ölkədəki son qalası olan mərkəzi şəhərə hücum etməmələri əmrini verib.

MÖVZU İLƏ BAĞLI:

“Taliblər” Əfqanıstanın daha bir paytaxtını nəzarət altına aldı


Sözçü, qrupun heç kimdən qisas almaq niyyətində olmadığını və hökumətə, orduya xidmət edənlərin bağışlanacağını da iddia edib.

Həmçinin Əfqanıstan prezidenti, Kabildəki vəziyyətin hələ də nəzarət altında olduğunu təsdiqləyib.

Vətəndaşlar isə banklardan əmanətlərini geri çəkmək üçün növbəyə durublar.

ABŞ diplomatları isə səfirlikdən vertolyotla təxliyə edilib.

NATO rəsmisinin dediklərinə görə, AB-nin bir neçə əməkdaşı da Kabildə adı açıqlanmayan təhlükəsiz bir yerə köçürülüb.

Digər tərəfdən isə Rusiya, rəsmilərini Kabildən təxliyə etmək niyyətində olmadığını söyləyib. Hətta ölkənin dövlət xəbər agentliyi olan “TASS”, Talibanın rus səfirliyinin təhlükəsizliyini təmin etdiyini bildirib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO