Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
***
Əfqanıstan Daxili İşlər Nazirliyi radikal Taliban hərəkatının yaraqlılarının hər tərəfdən paytaxt Kabula girdiyini elan edib.
Bizim.Media "Kommersant"- a istinadən xəbər verir ki, Dohada yerləşən Hərəkat liderləri, terrorçularını Kabili ələ keçirərkən şiddətdən çəkinməyə çağırıb.
MÖVZU İLƏ BAĞLI:
“Taliblər” Əfqanıstanın daha bir paytaxtını nəzarət altına aldı
Onlar Əfqanıstanı tərk etmək istəyənlər üçün təhlükəsiz dəhlizlər saxlayacaqlarına söz verərək qadınları təhlükəsiz bölgələrə sığınmağa çağırıblar.
Həmçinin paytaxtın qərbindəki Kabul Universitetini nəzarət altına alaraq, taliban bayraqlarını asıblar.
Qeyd edək ki, NATO sülhməramlı kontingentinin tərkibindəki Azərbaycan Ordusunun 120 hərbi qulluqçusu hələ də şəhər ərazisindədir və təxliyə edilməyiblər.
Bizim.Media