“Taliban” radikal hərəkatı Əfqanıstanın daha bir böyük şəhəri Cəlalabadı ələ keçirib.
Bizim.Media "Ria Novosti"-ə istinadən xəbər verir ki, bu barədə Nanqarhar əyalətinin deputatı Abrarulla Murad bildirib.
MÖVZU İLƏ BAĞLI:
"Taliban" Əfqanıstanda daha bir iri şəhərə hücuma keçdi
Qeyd edilir ki, Cəlalabad paytaxt Kabillə yanaşı, hakimiyyət orqanlarının əlində olan iki böyük şəhərdən biri idi. Məlumata görə, "taliblər" şəhəri döyüşsüz ələ keçiriblər.
Yeri gəlmişkən, sosial şəbəkələrdə radikal silahlıların Kabilə hücumları barədə foto və videogörüntülər yayılıb. Lakin bununla bağlı məlumatlar hələlik təsdiqini tapmayıb.
Bizim.Media